GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO


 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş

 

 "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD

Aaa gitmek 
3 posters
MüəllifIsmarıc
SeeR
Admin
Admin
SeeR


Erkek
İsmarıc sayı : 11
Age : 42
Şəhər/ölkə : Azerbaycan Mingecevir
Points : 0
Registration date : 21/09/07

"AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Empty
Yeni mövzuMövzu: "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD   "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Icon_minitime27.09.07 16:10

Genclerimize tovsiye edirik QICS- den uzaq olsunlar

Yola saldığımız ay ərzində mətbuatın müraciət etdiyi çoxsaylı
mövzulardan biri də 200-ə yaxın insanı QİÇS virusuna yoluxdurduğu söylənilən E.Əhmədova barəsində idi. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, E.Əhmədova 2003-cü ilin avqust ayından Ramana qəsəbəsindəki qapalı tipli dəri-zöhrəvi xəstəxanasında qeydiyyata alınıb və ona xəstəliyinə, eləcə də onun ətraf üçün təhlükəliliyinə dair yetərincə məlumat verilib.
QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova mətbuata açıqlamasında E.Əhmədovanın 2003-cü ildən QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olması faktını təsdiqləyib. Onun sözlərinə görə, Ramanadakı qapalı tipli dəri-zöhrəvi xəstəxanada seks-bizneslə məşğul olan qadınları müayinə edirdilər. "Aparılan müayinə zamanı E.Əhmədovanın qanında bu virus aşkar edilmişdir. O vaxt mərkəzin həkimləri onunla görüşərək bu xəstəlik haqqında lazımi məlumatlar - xəstəliyin hansı yolla keçməsi, təhlükəsinin nədən ibarət olması və s. - vermişdilər. Ona bildirilib ki, cinsi əlaqədə olduğu insanları yoluxdura və bunun üçün cinayət məsuliyyətinə cəlb edilə bilər", - deyə o bildirib. Mərkəz rəhbəri qeyd edib ki, xəstənin verdiyi əlaqə telefonları da, yaşadığı ünvan da doğru olmayıb.

Lakin 2005-ci ildə 1 saylı xəstəxananın doğum evindən qan nümunəsi mərkəzə daxil olub. Yoxlama zamanı qanda virus aşkar edilib. Mərkəzin həkimi xəstəxanaya getdikdə bəlli olub ki, qanında virus aşkar edilən şəxs elə E.Əhmədovadır. "O zaman qız artıq 8 aylıq hamilə idi. Xəstəxanada yatdığı zaman uşağı oldu və həkimə söz verdi ki, mütləq mərkəzə gələcək. Lakin o, uşağı elə xəstəxanada ataraq qaçdı. Bir müddətdən sonra uşaq da öldü, çünki o da virusa yoluxmuşdu", - deyə H.Qədirova əlavə edib.
Ümumiyyətlə, bu hadisədən sonra E.Əhmədova çox axtarılıb. Lakin onu tapmaq mümkün olmayıb. Nəticədə E.Əhmədova "Ümid yeri"ndə tapılıb və mərkəzə müraciət edərək kömək xahiş edib.
E.Əhmədovanın 200 nəfəri QİÇS-ə yoluxdurması ilə bağlı məlumatın doğru olub-olmadığına gəlincə, mərkəz rəhbəri "kütləvi informasiya vasitələrində bildirilir ki, artıq 200 nəfər həmin qızdan xəstəliyə yoluxub. Amma onu heç kəs deyə bilməz ki, onlar doğrudan da yoluxublar, ya yox. Çünki hələ müayinə aparılmayıb. Amma yoluxma ehtimalı doğrudan da yüksəkdir. Bəllidir ki, bu xəstəliyin əsas yoluxma yollarından biri cinsi əlaqədir", - deyib.
H.Qədirova onu da əlavə etdi ki, E.Əhmədovanın ünsiyyətdə olduğu şəxslər barəsində həm Səhiyyə Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına məlumat verilib. Öz növbəsində, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bu problem barəsində təxminən ilyarım öncə müvafiq təşkilatlara məlumat verdiklərini deyir.
Mətanət Əzizova bildirir ki, bu faktla bağlı mərkəzə edilən müraciətlər anındaca QİÇS-lə Mübarizə Mərkəzinə göndərilir. "Belə bir hadisə ilə rastlaşmışdıq. Gənc bir qız bizə müraciət etmişdi və söhbət əsnasında bəlli olmuşdu ki, hələ 9 yaşı olarkən anası onu Dubaya satıb. Dörd ildən sonra 13 yaşında vətənə qayıdan qız 16 yaşına qədər fahişəliklə məşğul olmuşdu. Həmin vaxt bəlli olmuşdu ki, qız QİÇS virusunun daşıyıcısıdır. Biz hər iki xəstəni QİÇS-lə Mübarizə Mərkəzinə göndərmişdik. Ümumiyyətlə, biz hər dəfə bu problemi qaldırırıq və xəbərdarlıq edirik. Çünki beynəlxalq təşkilatların hesabatlarında üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan QİÇS virusunun yayılmasına görə birinci yerləri tutur".
Qeydiyyatda olanlar nəzarətə götürülüb
H.Qədirovanın sözlərinə görə, 2005-ci ildə mərkəzdə qeydiyyata alınmış bütün xəstələr yenidən müayinə edilib, təkcə E.Əhmədovadan başqa. Qeyd edək ki, son 11 ayda 900-dən artıq insan mərkəz tərəfindən yenidən yoxlamadan keçirilib. Yoxlamaların nəticəsinə müvafiq olaraq, onlardan 149-u qeydiyyatdan çıxarılıb: "Məlum oldu ki, onlarda bu xəstəlik yoxdur. Hansısa səhv ucbatından adları siyahıya salınıb. Hazırda mərkəz bu istiqamətdə çox gərgin iş aparır".
Maraqlıdır, mərkəzdə qeydiyyatda olan, lakin indiyə qədər tapılmayan digər xəstələr də varmı? Sualı cavablandıran H.Qədirova: "Bəli, indi 30-a qədər xəstə var ki, onlar barədə bizdə dəqiq məlumat yoxdur. Qeyd edim ki, əvvəllər belə xəstələrin sayı 200-dən artıq idi. Lakin indi onların əksəriyyətini tapmışıq", - deyib.

Mərkəz rəhbəri onu da əlavə etdi ki, qeydiyyatda olan, lakin tapılmayan şəxslərin aşkar edilməsi hüquq-mühafizə orqanlarının işidir: "Belə şəxsləri tapmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edirik. Səhiyyə Nazirliyinə aid olan qurumda işləyən işçilər həmin şəxsləri axtarmalı deyil, bunun üçün polis var. Bu xəstələrin şəkilləri mərkəzdə yoxdur. Ümumiyyətlə, dünya təcrübəsində anonimliyin pozulması müsbət hal kimi qarşılanmır. Ona görə də, xəstələrin şəkillərini verə, adlarını açıqlaya bilmərik. Amma hesab edirəm ki, maarifləndirmə işləri aparılsa, insanlar bilsələr ki, bu xəstəliyin yoluxma yollarından ən başlıcası cinsi əlaqədir, o zaman ehtiyatlı olarlar".
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi qəsdən QİÇS-ə yoluxdurma ilə bağlı üç ildən yeddi ilə qədər cəza nəzərdə tutur. Bəs dünya təcrübəsində qəsdən yoluxma hallarına görə hansı cəza tətbiq edilə bilər? H.Qədirova deyir ki, dünya təcrübəsinə əsasən, başqasından yoluxmuş insan hüquq-mühafizə orqanlarına müraciət edə, həmin ölkənin qanunvericiliyinə müvafiq olaraq həmin şəxsi cinayət məsuliyyətinə cəlb etdirə bilər.
Bir çoxları hesab edirlər ki, QİÇS-ə yoluxmuş vətəndaş xüsusi həkim nəzarəti altında olmalıdır. Əks halda, necə arxayın olmaq olar ki, həmin şəxs digərlərini də yoluxdurmayacaq? H.Qədirova deyir ki, bu sual təkcə Azərbaycanda deyil, bütün dünyada aktual olan sualdır. Bu məzmunlu suallar artıq virusa yoluxmuş, eyni zamanda, yoluxmamış insanlara verilir: "Ümumiyyətlə, bu sual ətrafında diskussiyalar aparılır. Bütün dünyada belə bir qənaətə gəlinib ki, onları təcrid etmək mümkün deyil. Yalnız digərlərinin yoluxmaması üçün maarifləndirmə işləri aparılmalıdır. Amma belə hallar bilərəkdən olarsa, o zaman həmin şəxs qanun qarşısında cavab verməlidir".
Təcrübə də göstərdi ki, sadəcə, kağıza qol çəkib həkimə vəd verməklə, problemi həll etmək mümkün deyil. Bu məqsədlə hansısa sərt addımlar atılacaqmı? H.Qədirova "hazırda 1115 nəfər mərkəzdə qeydiyyatdadır. Bu şəxs onlardan yalnız biridir. Hər halda, bu məsələ dəfələrlə müzakirə olunub. Yəqin ki, bəzi insanlara fərdi yanaşma olmalıdır", - deyə bildirib.
Azərbaycanda QİÇS virusunun daşıyıcısı olanların sayı rəsmi statistikada 1115 nəfər göstərilir. Mütəxəssislər hesab edirlər ki, bu rəqəm mövcud həqiqəti əks etdirmir. "Sizcə, həqiqətdə ölkə üzrə neçə nəfər bu virusun daşıyıcısıdır?" "Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, hər bir ölkə üzrə bu rəqəm birdən ona qədər rəqəmə vurula bilər. Azərbaycan üçün bu rəqəmi təxminən 5-ə vururlar. Bu məsələni dəqiq araşdırmaq üçün bu yaxınlarda kəşfiyyatçı epidemioloji nəzarət proqramı həyata keçiriləcək. Bu proqram seks-bizneslə məşğul olan, eləcə də insanlar arasında narkotik maddələrdən istifadə edənlər arasında aparılacaq. Düşünürəm ki, bununla da bu xəstəliyə yoluxmuş insanları aşkar edə biləcəyik", - deyə mərkəz rəhbəri əlavə edib.
Xəstəliyin yayılmasının 3 başlıca səbəbi
Ümumiyyətlə, Azərbaycanda QİÇS-in epidemiya halı alma təhlükəsi varmı? Mətanət Əzizova qeyd edir ki, Azərbaycanda QİÇS təhlükəsi problemi günbəgün artmaqdadır. Onun sözlərinə görə, xəstəliyin yayılmasının başlıca səbəbi narkotik maddələrdən istifadədir: "İkinci yerdə isə əmək miqrantları durur. Onlar əsasən Rusiyaya gedib işləyir, qayıdır və həyat yoldaşlarını da bu xəstəliyə yoluxdururlar. Üçüncü səbəb isə fahişəlikdir. Belə ki, son illərdə onların sayı xeyli artıb. Bundan əlavə, Azərbaycan fahişələrin "ixracatçı"sı olan ölkədir. Burada həm də söhbət insan alverinin qurbanlarından gedir. Əgər qadınlar, yaxud uşaqlar hansısa ölkədən Azərbaycana qaytarılırsa, bu zaman yoxlamadan keçmirlər. Fahişəliklə məşğul olan qadın Türkiyədən, yaxud ərəb ölkələrinin birindən deportasiya olunursa, həmin qadında QİÇS virusunun olması ehtimalı da var. Əlbəttə ki, dünyada insan hüquqları deyilən anlayış var və yoxlama şəxsin istəyinə müvafiq olaraq aparılmalıdır. Amma təhlükəsizlik məsələləri ön sırada gəldiyindən, onların məcburi qaydada yoxlamadan keçirilməsi təmin edilməlidir".
Mərkəz rəhbəri daha sonra bildirdi ki, bu virusun yayılmasında digər səbəb əhalinin məlumatsızlığıdır. "Cinsi əlaqə zamanı keçən xəstəliklərdən qorunmaq üçün qoruyuculardan istifadə etmək mədəniyyəti, demək olar, sıfır səviyyəsindədir", - deyə o bildirdi. M.Əzizovanın sözlərinə görə, QİÇS-lə bağlı reklam və maarifləndirmə proqramlarında daha çox bu xəstəliklərdən necə qorunmaqla bağlı danışılır: "Təəssüf ki, bu məlumatlar bir istiqamətdə aparılır. Reklamlarda, eləcə də verilən məlumatlarda əsasən virusun fəsadlarından, onun ölümcül xəstəlik olmasından çox az danışılır. Yaxşı olardı ki, bu tip proqramlar məktəblərdə aparılsın. Çünki bununla bağlı məlumatın kiçik yaşlarından insanlara aşılanmasına ehtiyac var".
Azərbaycanda QİÇS-in daşıyıcılarının sayına gəlincə, M.Əzizova "rəsmi məlumatlarda qeyd edilir ki, Azərbaycanda bu virusun daşıyıcılarının sayı 1115 nəfərdir. Və reallığı əks etdirmək üçün onların sayı 5-ə vurulmalıdır. Düşünürəm ki, rəsmi rəqəmlər 5-ə deyil, 10-na vurulsa, alınan rəqəm daha çox həqiqətə uyğun olar. Düzdür, QİÇS-lə Mübarizə Mərkəzi bu istiqamətdə müəyyən işlər görür. Amma hesab edirəm ki, bu yetərli deyil. Təbliğatı daha da artırmaq lazımdır", - deyə o əlavə etdi.
QİÇS və cinsi yolla keçən digər xəstəliklər bölgələrdə də yayılıb
Mütəxəssislərin qeyd etdikləri kimi, QİÇS və cinsi yolla keçən digər virusların yayılma səbəblərindən biri də miqrasiya ilə bağlıdır. Onların qənaətincə, bu problem bölgələrdən də yan keçməyib. Belə ki, hazırda respublikanın rayonlarında iş yerlərinin azlığı, infrastrukturun yetərincə inkişaf etməməsi əhalinin qazanc dalınca qonşu ölkələrə, xüsusən də Rusiya və Türkiyəyə üz tutmasına şərait yaradır.
"Bu ilin birinci yarısında cənub bölgəsində 4 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib. Cari ilin birinci yarısında cənub bölgəsində 40 QİÇS xəstəsi aşkarlanaraq qeydiyyata götürülüb". Bu məlumatı Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin GİV/QİÇS diaqnostika laboratoriyasının müdiri Rəbiəli İbişov verib. Onun sözlərinə görə, cari ilin birinci yarısında laboratoriyada müayinədən keçən şəxslər arasında 40 nəfər QİÇS xəstəsi aşkarlanıb ki, onlardan da 22 nəfəri Lənkəran, 14 nəfəri Astara, 4 nəfəri isə Masallı rayonlarının sakinləridir.
R.İbişov qeyd edib ki, ümumilikdə Cəlilabad və Biləsuvar rayonları istisna olmaqla, bölgə üzrə 128 QİÇS xəstəsi qeydiyyata alınıb ki, bunların da 105 nəfəri Lənkəran, 19 nəfəri Astara, 30 nəfəri Masallı, 4 nəfəri isə müvafiq olaraq Lerik və Yardımlı rayonlarının payına düşür.
R.İbişovun sözlərinə görə, bu ilin birinci yarısında cənub bölgəsində 4 nəfər QİÇS xəstəliyindən dünyasını dəyişib: "Ötən 8 il ərzində cənub bölgəsinin 14 sakini bu dəhşətli mərəzin qurbanı olub. Bu gün xəstələrin əksəriyyətini xarici ölkələrə, xüsusən də Rusiyaya qazanc dalınca gedən miqrantlar təşkil edir. Fikrimcə, vətəndaş üç aydan artıq vətəndən uzaqda yaşayırsa, o mütləq müayinəyə cəlb edilməlidir".
Qeyd edək ki, Gəncədə də cinsi yolla keçən xəstəliklərin geniş yayıldığı bildirilir. Gəncə Media Mərkəzinin məlumatına görə, burada qadın məsləhətxanalarına müraciət edən hər 10 qadının 7-də cinsi yolla keçən xəstəliklər aşkarlanır. "Bu isə sonsuzluq və uşaq ölümünə səbəb olur. Araşdırmalardan bəlli olub ki, virusa yoluxanların əksəriyyətinin həyat yoldaşı qazanc məqsədi ilə xaricə işləməyə gedib", - deyə məlumatda bildirilir.
Əvvələ qayıt Aaa gitmek
Shahnaz
::::♥MiSS FORUM♥::::
::::♥MiSS FORUM♥::::
Shahnaz


Kadn
İsmarıc sayı : 137
Age : 36
Şəhər/ölkə : Azərbaycan
Points : 0
Registration date : 28/08/07

"AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Empty
Yeni mövzuMövzu: Geri: "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD   "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Icon_minitime27.09.07 16:24

Allah qorusunnn, bu nediiiiii??? Mən bu qədərini bilmirdim pale , təşəkkürlər SeeR
Əvvələ qayıt Aaa gitmek
•Teymur_Elmanoğlu•
Super Moderator
Super Moderator
•Teymur_Elmanoğlu•


Erkek
İsmarıc sayı : 60
Age : 39
Şəhər/ölkə : Mingəçevir/Azərbaycan
Points : 100
Registration date : 24/02/07

"AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Empty
Yeni mövzuMövzu: Geri: "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD   "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Icon_minitime27.09.07 19:14

Çox sağ ol SeeR. MiDEO Mingəçevir Gənclər Təhsil Mərkəzinin bir qrup üzvləri, Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinə könüllü qoşularaq, Mingəçevir şəhərində və digər yaxın bölgələrdə gənclərimizə təlim keçir, gələcəkdə qurulacaq ailənin və yaxud artiq qurulmuş ailənin sağlam olması üçün gənclərə vacib məqamları çatdırırlar. Mən özümdə bu layihə üzrə təlimçiyəm. Təlimlərdə gənc dostlar həqiqətən onlara qaranlıq qalan məsələlərlə bağlı suallar verib bizdən lazımi məsləhətləri alırlar. QİÇS özü gəlmir biz dəvət edirik. Ona görə QİÇS-ə yoluxmamaq üçün ilk öncə biz özümüz müvafiq tədbirlər görməliyik. Allah haminizi qorusun.
Əvvələ qayıt Aaa gitmek
•Teymur_Elmanoğlu•
Super Moderator
Super Moderator
•Teymur_Elmanoğlu•


Erkek
İsmarıc sayı : 60
Age : 39
Şəhər/ölkə : Mingəçevir/Azərbaycan
Points : 100
Registration date : 24/02/07

"AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Empty
Yeni mövzuMövzu: Geri: "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD   "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Icon_minitime27.09.07 19:32

Belə qərara gəldim ki, sizlərə azacıqda olsa bu haqda məlumat verməyə borcluyam.
QİÇS (AİDS) - Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir. İİV (HİV) – İnsanın İmmunçatışmazlığı Virusu.

Xəstəlik niyə Qazanılmış İmmun Çatışmazlığı Sindromu adlanır?

Qazanılmış- çünki xəstəlik virusla yoluxma nəticəsində baş verir, bu hal anadangəlmə deyil.
İmmun- çünki virus orqanizmin xəstəliklərə mübarizə aparan immun (müdafiə) sistemini zədələyir.
Çatışmazlıq- çünki immun sistemi lazımi qaydada fəaliyyət göstərmir.
Sindrom- çünki immun orqanizmin müdafiə sistemi zədələndiyindən, xəstələrdə bir sıra müxtəlif simptomlar (əlamətlər) üzrə çıxır.

AİDS-in qarşısını almaq üçün başlıca yollar bunlardır:

1. Təhlükəsiz cinsi əlaqə (qorunma vasitələri: prezervativ)
2. Başqasının şprisindən istifadə etməmək
3. Bütün hamilə qadınlar AİDS testindən keçməli
4. Donor orqan və qan alarkən AİDS testindən keçməsini tələb etmək
5. Ailəyə sədaqətli olmaq

Ümumiyyətlə, hər bir xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Bu digər xəstəliklərə nisbətən AİDS üçün daha vacibdir. Çünki onun aqibəti 100% ölümlə nəticələnir. Buna görə də hər kəs AİDS-in qarşısının alınmasında tam məsuliyyətli olmalıdır. Bu məsuliyyət hər şeydən əvvəl ailəyə münasibətdə özünü göstərir. Hər kəs ailəsinə qarşı sadiq olmalı, milli adət-ənənələrə riayət etməlidir. Gənclərimiz şəxsi həyatlarını sədaqət və etibar üzərində qurarlarsa, belə dəhşətli xəstəliyin təsirini dəfələrlə azaltmış olarlar.

AİDS pandemiyası qlobal xarakter daşıdığı üçün bütün dünyanın diqqət mərkəzindədir. Bu yeganə xəstəlikdir ki, BMT-nin müzakirə obyekti olmuşdur və mübarizəni genişləndirmək məqsədilə 1988-ci ildən etibarən dekabrın 1-i Ümumdünya AİDS günü kimi təsis edilmişdir. Hər ilin öz şüarı qəbul olunub. 2006-cı ilin şüarı belədir: AIDS-ə yox deyək; Vədimizə sadiq qalaq – Tam məsuliyyətlə.

Daha Ətraflı Məlumat almaq üçün http://www.azaids.com bu sayta müraciət edə bilərsiniz. Sizlərə qaranlıq qalan məsələlər haqqında t.azizov@gmail.com poçt ünvanına müraciət edə bilərsiniz.
Əvvələ qayıt Aaa gitmek
Sponsored content





"AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Empty
Yeni mövzuMövzu: Geri: "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD   "AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD Icon_minitime

Əvvələ qayıt Aaa gitmek
 
"AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ GÜNBƏGÜN ARTMAQD
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» «BACIOĞLU» haqqinda bildiklerimiz.

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO :: Gənclər :: QHT-lər və Gənclər-
Keç: