GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO


 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş

 

 TƏHARƏTİN ƏDƏBLƏRİ

Aaa gitmek 
MüəllifIsmarıc
SeeR
Admin
Admin
SeeR


Erkek
İsmarıc sayı : 11
Age : 42
Şəhər/ölkə : Azerbaycan Mingecevir
Points : 0
Registration date : 21/09/07

TƏHARƏTİN ƏDƏBLƏRİ Empty
Yeni mövzuMövzu: TƏHARƏTİN ƏDƏBLƏRİ   TƏHARƏTİN ƏDƏBLƏRİ Icon_minitime28.09.07 22:04


  1. Subaşına çıxan şəxs elə yer seçməlidir ki, insanlar onun nə özünü görə bilsinlər, nə orqanizmdən qazburaxma zamanı ehtimal olunan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyini duya bilsinlər;
  2. Ayaqyoluna daxil olduqda aşağıdakı duanı oxuyub daxil olmaq müstəhəbdır (bəyənilir): «Allahummə inni əuzu bikə minə-l-xubsi və-l-xəbais!» (Allahım, şeytanlardan (erkək və dişi cinlər) və onların şərindən sənə pənah aparıram!)
  3. Ayaqyolundakı adam heç nə danışmamalı, salam verib-almamalı, zərurət olmadan çağırana cavab verməməlidir;
  4. Subaşına çıxan şəxs qibləyə təzim etmək, onun ehtiramını gözləmək naminə üzünü və ya arxasını qibləyə çevirməməlidir;
  5. Subaşına çıxan şəxs bədəninə nəcis və sidik dəyməsindən özünü gözləməlidir;
  6. Subaşına çıxan şəxs insanların gedib-gəlmək üçün istifadə etdikləri yollardan və istirahət etmək üçün nəzərdə tutulan yerlərdən kənara çəkilməlidir;
  7. Subaşına çıxan şəxs axmayan durğun sulara, özünün çimdiyi suyun içinə nəcis və ya sidik salmamalıdır;



    1. Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Subaşına çıxan şəxs yalnız iki şərtlə bunu edə bilər;



    • Sidiyin paltarına və ya bədəninə sıçramayacağına əmin olduqda;
    • Başqalarının onun ayıb yerlərini görməyəcəyinə əmin olduqda.



    1. Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə (təmizləyici ehtiram olunan əşya (Quran ayəsi, hədis, şəkil və s.) qida məhsulu, peyin, sümük və bu kimi vasitələrdən olmamalıdır) təmizlənməlidir;
    2. Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;
    3. Ayaqyolundan çıxdıqda aşağıdakı duanı oxumaq müstəhəbdır (bəyənilir): «Ğufranəkə» - Allahım, Səndən bağışlanma diləyirəm!
    4. Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müstəhəbdır (bəyənilir).


    5. QÜSL

      Qüslü vacib edən hallar

    6. Cinsi əlaqədən sonra (əlaqədə olanların hər hansı birindən, yaxud hər ikisindən sperma xaric olmamışsa belə), şəhvət hissi keçirmək nəticəsində yuxulu və ya ayıq olarkən sperma xaric olmuşsa.
    7. Heyz (aybaşı) və nifasdan (doğuş qanından) təmizləndikdən sonra;
    8. Cümə gününün qüslü;
    9. Ölüm: Vəfat etmiş müsəlmanın meyiti qüsl olunmalıdır (şəhidlər müstəsnadır);
    10. islam dininə daxil olmaq.

    Hansı hallarda qüsl etmək bəyənilir?



    1. Meyit yumuş adamın qüsl etməsi;
    2. Həcc və ümrə ziyarəti məqsədilə Məkkə şəhərinə daxil olmazdan əvvəl ihram libası geymək üçün qüsl edilməsi;
    3. Yenidən cinsi əlaqəyə girmək üçün qüsl etmək;
    4. İstihazə olan qadının hər bir namazı qılması üçün qüsl etməsi;

    Qüsl etməyın qaydası



    • Niyyət etdikdən sonra [bismilləh] deyib əlləri yumaq.
    • Sonra cinsiyyət üzvünü yumaq.
    • Sonra dəstəmaz almaq.( Dəstəmaza başladıqda niyyət edib bismilləh demək və qurtardıqda duanı oxumaq lazım deyil)
    • Sonra üç dəfə başa su töküb əl ilə onu saçların dibinə çatdırmaq.
    • Sonra bədənin qalan yerini üç dəfə yumaq.
    • Sonra isə ayaqları yumaq (Yəni, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - etdiyi kimi qüsl etmək).
    • Bədən üzvlərindən biri tənziflə sarınmış və ya gips qoyulmuş müsəlman dəstamaz almaq və qüsl etmək istədikdə sağlam üzvləri yumalı, sarınmış xəstə üzvün üstünə isə məsh çəkməlidir. Əgər məsh etmək yaraya ziyan edərsə bu vaxt təyəmmüm etmək lazımdır.


    DƏSTƏMAZ

    Uca Allah buyurur:
    «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (dirsəkləriniz qə daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız qa daxil olmaqla) yuyun...» (əl-Maidə, 5:6)

    Dəstəmazın şərtləri
    Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm etməlidir:



    1. Müsəlman olmaq;
    2. Həddi-büluğa çatmaq (bəzi alimlərin rəyinə görə);
    3. Ruhi xəstə olmamaq;
    4. Təmiz su tapmaq;
    5. Niyyət etmək;
    6. Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq və əzalarda quru yer saxlamamaq;
    7. Bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);
    8. Sidik və ya nəcisdən azad olmaq.

    Dəstəmazı batil edən amillər



    1. Ön və arxa ifrazat çıxışlrından xaric olan sidik, nəcis, məzi, yel, istihazə halında gələn qan və s.
    2. Dərin yuxuya getmək və ya huşu itirmək;
    3. Dəvə əti yemək;
    4. Övrət yerinə bilavasitə toxunmaq. (Bəzi alimlərin rəyinə görə).

    Dəstəmazı batil etməyən amillər



    1. Ön və arxa ifrazat çıxışlarından başqa bədənin istənilən yerindən çıxan qan və s;
    2. Qadına şəhvətlə və ya şəhvətsiz bilavasitə toxunmaq;
    3. Odda bişmiş yeməkdən yemək;
    4. Dəstəmazın pozulmasına şəkk etmək;
    5. Qəh-qəhə ilə gülmək;
    6. Meyitə toxunmaq;
    7. Qusmaq;
    8. Mürgüləmək;
    9. Murdar şeyə toxunmaq; (murdar şeyə toxunduqda onu su ilə təmizləmək kifayətdir)

    Dəstəmaz almağın qaydası
    Dəstəmaz alan şəxs ürəyində dəstəmaz üçün niyyət edib dəstəmaz almaq istədiyini fikrindən keçirməli, bunu dillə deməməlidir. Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - nə dəstəmaz alandan, nə namaz qılandan, nə də hər hansı başqa bir ibadətdən qabaq niyyət edərkən niyyətini dillə deməmişdir (həcc və ümrə ziyarəti müstəsnadır). Allahın adını çəkib, yəni (bismilləh) deyib əlləri üç dəfə yumaq (şəkil 1). Sonra üç dəfə ağzını yaxalamaqla burnuna su çəkib qaytarmaq (şəkil 2-3) və üzünü üç dəfə bir qulağından o birinədək eninə və başının tüklü yerindən başlamış çənənin (və ya saqqalın) aşağısınadək uzununa yumaq (şəkil 4). [Ağız, burun və üzün yuyulmasında ardıcıllıq vacib deyildir] Sonra hər iki qolunu üç dəfə barmaqların ucundan dirsəklərə qədər (dirsəklər də daxil olmaqla) sağ qoldan başlamaq şərtilə yumaq (şəkil 5). Sonra yaş əllərlə başa məsh etmək. Yəni əlləri isladıb başın qabaq hissəsindən (alının sonundan) arxasınadək (boyunadək) çəkmək, sonra başladığı yerə qaytarmaq (şəkil 6). Sonra şəhadət barmaqlarını qulaqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qulaqlara məsh etmək (şəkil 7). Sonra ayaqları üç dəfə barmaqların ucundan topuqlara qədər (topuqlar da daxil olmaqla), əvvəl sağ, sonra sol ayağı yumaq (şəkil Cool. Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt nahiyəsinə suyun çatmasına diqqət yetirilməlidir. Dəstəmaz alıb qurtardıqdan sonra aşağıdakı duanı oxumaq.
    «Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu. Allahummə-calni minət-təvvabinə vəc-alni minəl-mutətahhirin!» (Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım məni tövbə edənlərdən və pak olanlardan et!).


    TƏHARƏTİN ƏDƏBLƏRİ Img01 TƏHARƏTİN ƏDƏBLƏRİ Img02 TƏHARƏTİN ƏDƏBLƏRİ Img03 TƏHARƏTİN ƏDƏBLƏRİ Img04

    TƏHARƏTİN ƏDƏBLƏRİ Img05 TƏHARƏTİN ƏDƏBLƏRİ Img06 TƏHARƏTİN ƏDƏBLƏRİ Img07 TƏHARƏTİN ƏDƏBLƏRİ Img08



    TƏYƏMMÜM

    Nə zaman təyəmmüm etmək olar?



    1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
    2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
    3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda;
    4. İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduqda;
    5. Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.

    Təyəmmümü batil edən amillər



    • Əvvəldə göstərilmiş dəstəmaz və qüslü batil edən amillər təyəmmümü də batil edir.
    • Bura su tapılmadığı halda təyəmmüm edilmişsə, su tapılandan sonra onun batil olmasını və sudan istifadə etməyə imkanı olmadığı üçün təyəmmüm etmiş adamın bu imkanı əldə etməsini də əlavə etmək olar.
    • Təyəmmüm edib namaz qılmış şəxs su tapılandan sonra təyəmmümlə qıldığı namazı təkrar etməməlidir.
    • Təyəmmüm alınan namazın vaxtının çıxması həmən təyəmmümü batil etmir.

    Təyəmmüm etməyin qaydası



    • Niyyət edib bismilləh demək. Sonra ovucların içini təyəmmüm üçün seçilmiş yerə bir dəfə vurmaq. Onlara yapışmış toz-torpağı üfürüb və ya bir-birinə çırpıb təmizləmək. Sonra əlləri üzə çəkmək və bir-birinə sürtmək.
    • Təyəmmüm yalnız təmiz torpaq [Sement, gips, əhəng və s. kimi kimyəvi maddələr qatışıqlı olmamalıdır] və buna bənzərlə [Daş, kəsək və s.] edilməlidir.
    • Su ola-ola səbəbsiz yerə təyəmmüm almaq şəriətə müxalifdir və bu cür qılınan namaz batildir. Ona ğörə də hətta namazın vaxtı çıxırsa da qüsl və ya dəstəmaz əvəzinə təyəmmüm etmək olmaz. Su ilə qüsl və ya dəstəmaz alıb sonra namaz qılınmalıdır.
    Əvvələ qayıt Aaa gitmek
     
    TƏHARƏTİN ƏDƏBLƏRİ
    Əvvələ qayıt 
    1 səhifə (Cəmi 1 səhifə)

    Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
    GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO :: İslam-
    Keç: