Admin Admin

 İsmarıc sayı : 16 Points : 0 Registration date : 22/02/07
 | Mövzu: Biz Kimik...!!! 23.03.07 2:59 | |
|  SaLaM Hörmətli Forum iştirakçıları. Siz burda bizim təşkilatımıza aid hər hansı bir sualı bizə ünvanlaya bilərsiniz. Çalışarıq ki, sizin suallarınıza bacardığımız qədər səmimi və ətraflı cavab verək. İlk öncə özümüzü qısa olaraq təqdim etmək istərdik. MiDEO» Mingəçevir Gənclər Təhsil Mərkəzi 2000-ci-ilin dekabr ayında kiçik bir qrupla fəaliyyətə başlamış və qısa bir zamanda sıralarına 500 nəfərdən çox gənc və yeniyetmə cəlb edə bilmişdir. Üzvlərin sayı – hal hazırda 700 nəfərdir (2000 / 2006 cı il ərzində 6800 üzv təşkilatın fəaliyyətindən və proqramlarından bəhrələnib) Təşkilatın əsas məqsədi Uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması,vətəndаş cəmiyyətin prinsipıərini gənclərə аşılаnmаsı, təhsil, mədəni, intellektual sahədə gənclərin inkişafına dəstək; tələbə və gənclərin asudə vaxtını səmərəli təşkil etmək; interaktiv tədris metodikalarının təhsildə tədbiqidir. «MiDEO» MGTM təşəbbüsü ilə şəhərimizin müxtəlif orta təhsil müəssisələrində 12 klub fəaliyyət göstərir. Bu klublarda şagirdlər üçün «Karl Popper» debatı formatı üzrə məşqlər, məktəbdaxili divar qəzeti, intelektual oylunlar, şagirdlərin maraqlarına uyğun müxtəlif dərnəklər, maraq kursları (rəssamlıq, jurnalistika, aktyorluq, musiqi və s) fəaliyyət göstərir. Bu klublar məktəbdaxili ŞHK festivalı, Intelektual Oyunlar üzrə turnirlər, «Karl Popper» debatı formatı üzrə çempionatlar, bayram günlərinə həsr olunmuş konsertlər (Müəllimlər günü, 8 mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı və s.) keçirir. Intellektual oyunlar proqramı: Bölmə gənclərin intellektual səviyyəsini artırmaq məqsədi ilə bir sıra intelektual oyunlar təşkil edir. Intelektual proqramlar çərçivəsində «Breyn-Rinq», «Nə? Harada? Nə vaxt?» oyunları təşkil olunub. Bölmə orta məktəb uşaqları arasında 3 dəfə və ali məktəb tələbələri arasında 2 dəfə «Breyn-Rinq», «Nə? Harada? Nə vaxt?» intellektual oyununun şəhər çempionı keçirib. Mingəçevir Mənzil Istismar Sahələri (MIS) arasında keçirilən «Breyn-Rinq» çempionatına «MiDEO» MGTM təşkilatçılıq edib. «MiDEO» MGTM «Breyn-rinq» Azərbaycan çempionatında iştirak etmiş və yüksək nəticə göstərərək 24 komandalar arasında ən yaxşı 8 komandadan biri olmuşdur. Iki dəfə «Nə? Harada? Nə vaxt?» Azərbaycan çempionatında iştirak etmiş və 19 komanda arasından ilk ən güclu 10 komanda sırasına daxil olub. ŞHK bolməsi: Təşkilatın ŞHK komandası şəhər yarışlarında dəfələrlə qalib gəlmiş və mütəmadi olaraq konsertlər təşkil edərək öz pərəstişkarlarını qeyri adi səhnələrlə heyran etmişdir. «MIDEO» MGTM ənənəvi olaraq hər il möhtəşəm şou proqramlar və konsertlər təşkil edir. «MiDEO» MGTM digər ənənələri də var. Bunlardan hər il könüllülərin təşəbbüsü ilə təmizlik aksiyası keçirilməsidir (Şəhidlər Xiyabanıda və çimərlik sahilərində). 2002-2003–cü illərdə Mingəçevir Bələdiyyəsinin dəstəyi ilə çimərlikdə şəhər gənclərinin istirahətini təmin etmək üçün iki günlük «Dəniz yay Düşərgəsi» təşkil etmişdir. Düşərgənin 2-ci günü gənclər «ekoloji aksiya» keçirməklə şəhər çimərliyində təmizlik işləri aparmışlar. Hər il belə düşərgələrin keçirilməsi nəzərdə tutulur.
Redaktə edən: , son redaktə tarixi: 13.09.07 17:08, cəmi 1 dəfə | |
|
Nülufər
 İsmarıc sayı : 6 Age : 42 Şəhər/ölkə : Bakı/Azərbaycan Points : 0 Registration date : 23/04/07
 | Mövzu: Geri: Biz Kimik...!!! 23.04.07 2:03 | |
| Əgər burda yazılanlar doğrudursa və sizlər bunları dəqiq olaraq yerinə yetirirsinizsə nədən biz sizləri alqışlamayaq ki?  | |
|
Aaysell
 İsmarıc sayı : 4 Age : 34 Şəhər/ölkə : türkiye/ayvalık Points : 0 Registration date : 24/06/07
 | Mövzu: Geri: Biz Kimik...!!! 24.06.07 22:12 | |
| bence buRda yazılanların hepsii doğruu!! ben "Dostluq" klubundan şahidim burayaa ...!!! ama klubdan ayrıldığım için çokk üzqünümm we Babek öğretmenii we arkadaşlarımı çokk özlüyorumm | |
|
•Teymur_Elmanoğlu• Super Moderator


 İsmarıc sayı : 60 Age : 38 Şəhər/ölkə : Mingəçevir/Azərbaycan Points : 100 Registration date : 24/02/07
 | Mövzu: Açıq söz 26.06.07 1:10 | |
| - Aaysell yazıb:
- bence buRda yazılanların hepsii doğruu!! ben "Dostluq" klubundan şahidim burayaa ...!!! ama klubdan ayrıldığım için çokk üzqünümm we Babek öğretmenii we arkadaşlarımı çokk özlüyorumm
Aysel xanim yazdiginiz bir neçə cümlə bizi duyğulandırdı. Bəli əlbət də, MiDEO-da özünü tapa bilən, və həqiqətən MiDEOya sadiq olan kəs ondan ayrılmaq istəməz, və ayrılamlarda ayrıldığı gündən etibarən ora darıxar, və o kəs getsə belə onun qəlbi, ürəyi həmişə bizlərlə olar. Bəlkədə siz bu forum vastəsi ilə öz dostlarınızla əlaqə yarada bilrsiniz və yadınızda çıxartmayın ki, MiDEOnu 1 sevəni MiDEO 1000 sevər. | |
|
Maya Sadiq üzv


 İsmarıc sayı : 30 Age : 43 Şəhər/ölkə : Azərbaycan Points : 0 Registration date : 20/03/07
 | Mövzu: Təşkilatın vəzifəsi. 31.07.07 14:23 | |
| Mən bilmək istərdim ki, ümumiyyətlə bu təşkilat nəyə qulluq edir? | |
|
•Teymur_Elmanoğlu• Super Moderator


 İsmarıc sayı : 60 Age : 38 Şəhər/ölkə : Mingəçevir/Azərbaycan Points : 100 Registration date : 24/02/07
 | Mövzu: CAVAB 31.07.07 14:26 | |
| - Maya yazıb:
- Mən bilmək istərdim ki, ümumiyyətlə bu təşkilat nəyə qulluq edir?
Salam Maya xanım çox qısa olsada forumda təşkilatımız haqqında məlumat verilib. Sizi sualınızın cavabını orda görə bilərdiniz. Yenədə sizə nəyə qulluq etməyimiz haqqında qısa tərif verə bilərik. "Təşkilatın əsas məqsədi Uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması,vətəndаş cəmiyyətin prinsipıərini gənclərə аşılаnmаsı, təhsil, mədəni, intellektual sahədə gənclərin inkişafına dəstək; tələbə və gənclərin asudə vaxtını səmərəli təşkil etmək; interaktiv tədris metodikalarının təhsildə tədbiqidir." | |
|
Shahnaz_ Qonaq
 | |
Admin Admin

 İsmarıc sayı : 16 Points : 0 Registration date : 22/02/07
 | Mövzu: Təşəkkür 31.08.07 22:35 | |
| Şanhaz xanım xoş səmimiyyətinizə görə minnətdarıq. | |
|
Sponsored content
 | Mövzu: Geri: Biz Kimik...!!!  | |
| |
|