Shahnaz ::::♥MiSS FORUM♥::::


 İsmarıc sayı : 137 Age : 35 Şəhər/ölkə : Azərbaycan Points : 0 Registration date : 28/08/07
 | Mövzu: Ayların sultanı RAMAZAN, xoş gəldin...! 13.09.07 14:28 | |
| Assalamu aleykum! 13 sentyabr...Müqeddes Ramazan ayının ilk günü... Bu gün üreyimde sözle tesvir ede bilmeyeceyim bir sevinc var.Ele bir sevinc ki bunu bütün müselmanlara arzulayıram. GEldi yene baş tacımız 11 ayın sultanı.Bu ayda Allah S.T. öz rehmet qapılarını taybatay açır bizim üzümüze.Gelin onun rehmetinden, sonsuz merhemetinden özümüz özümüzü mehrum etmeyek. El Beqere suresinde buyrulur:"Ey iman edenler!Oruc sizden evvel gelib-getmiş ümmetlere ferz olunduğu kimi size de ferz oldu." Gelin Allah (c.c.) bize ferz buyurduğu bir şeyi yerine yetirek."O"nun rizasını, sevgisini qazanmaq üçün."O"nu ne qeder sevdiyimizi göstermek üçün, bize verdiyi bu qeder nemete,en esası "O"nun sevgisine layiq olduğumuzu bir daha isbatlamaq üçün... Allahu Teala bütün mömin bacı ve qardaşlarımızım, bütün müselmanların oruclarını qebul etsin inşallah.Amin. | |
|
•Teymur_Elmanoğlu• Super Moderator


 İsmarıc sayı : 60 Age : 38 Şəhər/ölkə : Mingəçevir/Azərbaycan Points : 100 Registration date : 24/02/07
 | Mövzu: Ramazan Ayların Sulatanı 13.09.07 16:32 | |
| Şahnaz xanım mövzuya görə çox sağ olun. Ramazan ayı həqiqətən də, ayların sultanıdır. Gəlin burda oruc haqqında bildiklərimizi dostlarla paylaşaq. Hər kəsi bu müqəddəs Ramazan ayında pisliklərdən uzaq olmağa çağıraq. Ümumiyyətlə "Oruc" sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir. Ərəb dilində "səum" kəlməsilə ifadə edilir. Oruc - oruc tutması vacib olan insanların niyyət edərək dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq durmalaranı deyilir. istərdim ki, məndə müsəlmanlıq borcumu yerinə yetirib burda oruc haqqında bir qədər məlumat yerləşdirim. - Sitat :
ORUC NӘDİR?
Hәddi-büluğa çatmış hәr bir müsәlman, mübarәk Ramazan ayında Allahın fәrmanını yerinә yetirmәk üçün, sübh azanından mәğrib azanına qәdәr, özünü yemәk, içmәk vә s. sair işlәrdәn saxlamalıdır. Bu isə müqəddəs şəriətdə oruc adlanır.
ORUCUN FӘLSӘFӘSİ VӘ FAYDALARI Bu haqda aşağıdakıları qeyd etmək olar: 1. Pәrhizkar vә tәqvalı olmaq; Allah-taala müqəddəs Qur`anda buyurur: «Ey iman gәtirәnlәr! Pәrhizkar olasız deyә, sizdәn qabaqkılara vacib edildiyi kimi, sizә dә oruc (tutmaq) vacib oldu». (Bәqәrә surәsi /183) 2. Tәrbiyә va әxlaqın saflaşması; hәzrәt Әmirәl-mö'minin İmam Әli (әlәyhis-salam) buyurur: «Allah-taala insanların düzgün tәrbiyә olunması üçün, orucu vacib etmişdir». 3. İbrәt almaq; Orucun vacib olma sәbәblәrindәn biri dә ona görәdir ki, yoxsul vә varlılar arasında bәrabәrlik yaransın vә (oruc tutmuş) varlı şәxs, aclığın tә'sirini görüb, yoxsulların haqqını tapdalamaqdan çәkinsin. 4. Sağlamlıq; hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm) buyurur: «Oruc tutmaqla sağlamlıfınızı tә'min edin».
ORUCUN ŞӘRTLӘRİ Oruc tutmağın şərtləri aşağıdakılardan ibarətdir: 1. hәddi-büluğa çatmaq; hәddi-büluğa çatmağın isә üç әlamәti vardır: Birinci: Qәmәri tarixi ilә oğlanın 15, qızın isә 9 yaşa çatması; İkinci: Cinsiyyәt üzvlәrinin әtrafında qalın tüklәrin bitmәsi; Üçüncü: Hәr hansı bir halda insandan spermanın xaric olması. 2. Oruc tutmaq, xәstә insan üçün zәrәrli olmamalı vә ya xәstәliyin iddәtlәnmәsinә sәbәb olmamalıdır; 3. Oruc tutan şәxs, zöhrdәn qabaq sәfәrә getmәmәlidir; Qeyd etmәk lazımdır ki, qәmәri tarixi ilә Ramazan ayının birindәn sonunadәk yuxarıdakı şәrtlәrә riayәt etmәklә, oruc tutmaq hәr bir müsәlmana vacib sayılır.
ORUCU BATİL EDӘN AMİLLƏR Orucu batil edən amillər aşağıdakılardan ibarətdir: 1. Yemәk; 2. İçmәk; 3. Cinsi әlaqә; 4. İstimna (spermanın xaric olmasına sәbәb olan hәr hansı bir iş); 5. Qəliz tozu udmaq; 6. Allah, Peyğәmbәr vә İmamların adından yalan söz demәk; 7. Sübh azanınadәk bilәrәkdәn cәnabәt, heyz vә ya nifas halında qalıb, qüsl etmәmәk; 8. Başı tamamilә suya batırmaq; 9. Maye şeylәrlә imalә etmәk; 10. Qusmaq; Allah orucunuzu qəbul eləsin.  | |
|
Shahnaz ::::♥MiSS FORUM♥::::


 İsmarıc sayı : 137 Age : 35 Şəhər/ölkə : Azərbaycan Points : 0 Registration date : 28/08/07
 | Mövzu: Geri: Ayların sultanı RAMAZAN, xoş gəldin...! 13.09.07 17:19 | |
| Çox sağ olun Teymur bey. Ramazan ayının daşıdığı bir çox özəlliklər vardır: 1.İnsanlığı qaranlıqdan aydınlığa qovuşduran və Rəbbimizin son mesajı olan Quran"i Kərim bu ayda nazil oldu. Quran"i Kərimi izah etməyəcəm buna ehtiyac da yoxdu, ancaq Peyğəmbər (s.Ə.s.) in bir hədisini yazacam: "Kim Allah"ın kitabı Quran"dan 1 hərf oxusa onun üçün 1 savabdır.Hər savabın qarşılığı da 10 qat veriləcəkdir." Oruc və Quran insana daima şəfaətçi olar.Yenə də Peyğəmbər əfəndimiz bildirmişdir: "Qiyamət günü Oruc və Quran Şəfaətçi olar. Oruc:-Ya Rəbbi, mən onu gündüzlər yeməkdən və zövqlərindən çəkindirirdim,indi məni ona şəfaətçi et,deyər. Quran:-Mən isə onun gece yuxusunu alırdım,məni ona şəfaətçi et,deyər. 2. Yaradılmışların ən fəzilətlisi,Allahın ən sevimli qulu olan Peyğəmbərimizə peyğəmbərlik bu ayda verilib. 3. 1000 aydan daha xeyirli olduğu Quran"i Kərimdə də bildirilən "Qədir gecəsi" də bu ayın işindədir. 4. VƏ İslamın 5 şərtindən biri olan oruc da bu aya təsis edilib. Ramazan gecələrinə aid olan Təravih namazı da sadəcə bu aya aid olan bir ibadətdir.Oruc tutanın dərin zövq aldığı iftar süfrələri də bu aya məxsus bir özəllikdir. Yənikii belə özəlliklər və mənəvi gözəlliklərlə dolu olan Ramazan ayı, möminlər üçün rəhmət mövsümüdür. Bu ayı:" Əvvəli rəhmət, ortası mağrifət,sonu da cəhənnəmdən qurtuıuş" kimi qiymətləndirən Peyğəmbərimiz,başqa bir müjdəni də möminlərçün verir:" Ramazan ayı gələndə Cənnətin qapıları açılır,Cəhənnəmin qapıları bağlanır və şeytanlar köstəklənir" Allah ibadətlərinizi qəbul eylesin, Amin! | |
|
aspuzulu Etibarlı üzv


 İsmarıc sayı : 237 Age : 38 Şəhər/ölkə : Strasbourg Fransa Points : 35 Registration date : 31/08/07
 | Mövzu: slm 15.09.07 2:19 | |
| ESSELAMUN ALEYKUM VE RAHMETULLAHI VE BEREKETIHU bu mukaddes ayda hepinizin ibadetlerinizin makbul dualarinizin kabul olmasi dilegiyle... | |
|
Maya Sadiq üzv


 İsmarıc sayı : 30 Age : 43 Şəhər/ölkə : Azərbaycan Points : 0 Registration date : 20/03/07
 | Mövzu: Geri: Ayların sultanı RAMAZAN, xoş gəldin...! 24.09.07 21:44 | |
| Ilk once movzuya gore Shahnaz xanima minnetdaram. Maraqli meqamlara toxumduxu ucun Teymur beyede minnetdaram. Allah oruc ve namazinizi qebul elesin. | |
|
Sponsored content
 | Mövzu: Geri: Ayların sultanı RAMAZAN, xoş gəldin...!  | |
| |
|