İslamnyus saytı xeber verir ki, Hollandiya psixoloqu, professor Van der Hoven qeyri-adi bir keşf etdiyini bildirib. O deyib ki, Qurani-Kerimi oxumaq ve tanrını “Allah” deye tez-tez adını çekmek insanın sağlamlığına müsbet tesir gösterir. O, bunu tecrübi yolla sübuta yetirmişdir. Bu tedqiqatda en teeccüblü fakt odur ki, Van der Hoven müselman deyil. Professor öz keşfini üç il erzinde bir çox xesteler üzerinde apardığı derin tedqiqatlarla tesdiqleyir. Onların bezileri müselman deyildi, çoxu ise erebce bir kelme de bilmirdi. Xestelerin hamısına “Allah” sözünü düzgün tələffüz etməyi öyrədiblər. Nəticələr, xüsusilə ruh düşgünlüyünə məruz qalan, ümidsizliyə qapılan və psixoloji gərginlikdən əziyyət çəkən insanlarda son dərəcə heyrətləndirici olub. Psixoloq deyir: “Quranı ərəbcə oxuya bilən və bu müqəddəs kitaba daim müraicət edən müsəlmanlar psixoloji xəstəliklərdən müdafiə olunublar. “Allah” sözünü ərəbcə təkrar etmək də yaxşı nəticə verir”.
O izah edib ki, “Allah” sözündə hər bir hərf psixoloji xəstəliklərin müalicəsində öz rolunu oynayır. “A” hərfinin tələffüzü nəfəsalmaya nəzarət edərək, respirator (tənəffüs) siteminin işini qaydaya salır. “L” hərfinin ərəb tərzində tələffüzü nəfəsalmanı (aspirasiyanı) asanlaşdırır. “H” hərfinin tələffüzü ağciyərlə ürək arasında əlaqə yaradır ki, bu da, öz növbəsində, ürək döyüntülərini stimullaşdırır.