GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO


 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş

 

 Quran Möcüzələri

Aaa gitmek 
4 posters
MüəllifIsmarıc
SeeR
Admin
Admin
SeeR


Erkek
İsmarıc sayı : 11
Age : 42
Şəhər/ölkə : Azerbaycan Mingecevir
Points : 0
Registration date : 21/09/07

Quran Möcüzələri Empty
Yeni mövzuMövzu: Quran Möcüzələri   Quran Möcüzələri Icon_minitime26.09.07 21:21

Uşağın cinsiyyəti kimdən asılıdır?

Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin “bətnə tökülən nütfədən” asılı olması bildirilmişdir: “Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən” (“Nəcm” surəsi, 53/45-46). “Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan (ələq) oldu və (Allah) onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı” (“Qiyamə” surəsi, 75/37-39). Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin


inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.
Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yə'ni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.
Halbuki Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.
X xromosomu qız, Y xromosomu isə oğlan xüsusiyyətləri daşıyır. Ana yumurtasında ancaq qız cinsiyyətini müəyyənləşdirən X xromosomu olur. Atadan gələn spermada isə həm X, həm də Y xromosomu gəzdirən spermalar olur. Dolayısı ilə uşağın cinsiyyəti ananın yumurtasını mayalandıran spermanın X və ya Y xromosomu gəzdirməsindən asılıdır. Yə'ni ayədə bildirildiyi kimi, uşağın cinsiyyətini müəyyən edən səbəb atadan gələn spermadır. Quranın göndərildiyi əsrdə qəti olaraq bilinməyən bu məlumat Quranın Allah sözü olduğunu sübut edən dəlillərdən biridir.
_______________________

Günəşin hərəkət istiqaməti



Quranda Günəşdən və Aydan bəhs edilərkən onların hər birinin özünəməxsus orbitinin olması qeyd edilir: “Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri (özünə məxsus) bir göydə üzür” (“Ənbiya” surəsi, 21/33).Bu ayədəki “üzmək” kəlməsi ərəb dilində “səbəhə” feli ilə ifadə edilir. Bu kəlmədən Günəşin kosmosdakı hərəkətini bildirmək üçün istifadə olunub. Bu kəlmə həmçinin Günəşin kosmosdakı hərəkətinin nəzarətsiz olmadığını, onun öz orbitində hərəkət etdiyini və dövr edərkən özünəməxsus hərəkət dairəsi olduğunu anladır. Günəşin sabit (və ya statik) olmaması, onun müəyyən orbitdə hərəkət etməsi başqa bir ayədə belə qeyd edilir:


“Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan (hər şeyi) bilən Allahın təqdiridir” (“Yasin” surəsi, 36/38).
Quranda bildirilən bu həqiqətlər yalnız və yalnız XX əsrdə astronomiya elmi sahəsində aparılan tədqiqatlarla təsdiq edilib. Mütəxəssislərin hesablamalarına görə, Günəş “Solar Apeks” adlı orbit boyu Veqa ulduzu istiqamətində saatda 720.000 kilometrlik möhtəşəm bir sürətlə hərəkət edir. Bu təxmini hesablama Günəşin sutka ərzində 17 milyon 280 min kilometr yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə sistemindəki bütün planet və peykləri də eyni məsafəni qət edir.

----------------------------
Quranda “Firon” kəlməsi

Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik. Sənə öz dərgahımızdan zikr də vermişik. Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir” (“Taha”, 20/99-100).


Əhdi Ətiqdə Hz.İbrahimlə Hz.Yusif dövründəki Misir hökmdarından Firon olaraq bəhs edilir. Halbuki Firon hər iki peyğəmbərdən sonra işlədiləcəkdi.
Quranda Hz.Yusif dövründəki Misir idarəçisindən bəhs edilərkən “hökmdar, çar, kral, sultan” mənalarına gələn ərəb dilində “əl-məlik” kəlməsi işlədilir:

“Hökmdar: “Onu mənim yanıma gətirin!” dedi...” (“Yusif” surəsi, 12/50).

Hz.Musa dövründəki Misirin idarəçisindən isə “Firon” kəlməsi ilə bəhs edilir. Quranda bildirilən bu fərqə nə Qədim və Yeni Əhddə, nə də yəhudi tarixçilərinin əsərlərində rast gəlmək olar. Onlar ancaq “Firon” ifadəsi işlədirlər. Həqiqətdə də Misir tarixində “Firon” ifadəsinin işlədilməsi ancaq sonrakı dövrlərə aiddir. “Firon” xitabı ilk dəfə bizim eradan əvvəl XIV əsrdə IV Amenhotepin dövründən etibarən işlədilməyə başlanmışdır. Hz.Yusif isə bu tarixdən ən azı 200 il əvvəl yaşayıb.
Britaniya Ensiklopediyasına görə, “Firon” kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539-1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945-730-ci illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitabdan heç vaxt işlədilməyib.
Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada “Firon” ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir.
Göründüyü kimi, “Firon” kəlməsindən müəyyən bir tarixdən sonra istifadə olunmağa başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi - Hz.Yusif dövründəki hökmdardan həmişə “kral, çar, hökmdar” olaraq bəhs edildiyi halda Hz.Musanın dövründəki hökmdarın hər dəfə “Firon” adlandırılması - Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir.

-------------------------

Göylərlə yerin bir-birindən ayrılması

Quranda göylərin yaradılması ilə bağlı məlumat verən bir ayədə Uca Allah belə buyurur: “Məgər kafir olanlar göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?” (“Ənbiya” surəsi, 30). Ayənin “bitişik” mənasına gələn “ratq” kəlməsi ərəb dilində “bir-biri ilə bitişik”, “ayrılmaz bir vəziyyətdə”, “bütünləşmiş” mənalarına gəlir. Yəni bu söz vahid bir tam halında, bütöv olan iki maddəni ifadə etmək üçün işlədilir.

Ayədəki “ayırdığımızı” ifadəsi isə ərəb dilindəki “fatq” feili ilə işlədilib ki, bu ifadə də “bitişik vəziyyətdə olan bir nəsnəni yarıb, parçalayıb çölə çıxması” mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması da ərəb dilində bu kəlmə ilə ifadə olunur. İndi ayəyə təkrar nəzər yetirək. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni “ratq” vəziyyətində olmasından bəhs edilir. Ayədə həmin kəlmədən dərhal sonra gələn “fatq” feili ilə bunların ayrılması bildirilir. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də “Biq banq”ın ilkin görünüşünü fikirləşəndə kainatın bütün maddələrinin bir nöqtədə toplandığını görürük. Başqa bir ifadə ilə hər şey, hətta hələ yaradılmamış olan göylər və yer də bu nöqtənin içində, bir-biri ilə bitişik, ayrılmaz vəziyyətdə idilər. Bundan sonra bu nöqtə şiddətli bir partlayışla yarılır və göylə yer bir-birindən ayrılırlar.

---------------------------

Quranın müalicəvi təsiri
Amerikalı həkim, müsəlman alim Əhməd əl-Kadiy Panama şəhrindəki “Əkbər” klinikasında (Florida ştatı) apadığı araşdırmalar zamanı ucadan oxunan Quran ayələrinin stress keçirmiş, ürək xəstəliyindən və bəzi başqa mərəzlərdən əzab çəkən xəstələrə müalicəvi təsir göstərdiyini aşkarlayıb. Tədqiqat üçün ərəb dbilini bilməyən və Quran haqda təsəvvürü olmayan kişi və qadınlar seçiliblər. Onlara ərəb dilində Quranın mətnini oxuyub, sonra ingilis dilinə tərcümə edirdilər. Quran ayələrinin xəstələrə təsirinin nəticəsi ən müasir kompüterlər və alətlərlə izlənilirdi.


İl ərzində aparılan tədqiqatların nəticəsi Şimali Amerika İslam Tibbi Konqresində (1984-cü il avqust, Missuri) açıqlanıb. Bəlli olub ki, Qurana qulaq asan xəstələrin 97 faizi stresdən qurtulublar və bu, onların orqanizminə nəzarət edən xüsusi cihazlar tərəfindən də təsdiqlənib! Təqdim edilən materiallar alim-həkimlərin marağına səbəb olub və həm mediada, həm də cəmiyyətdə böyük rezonans doğurub.
Əvvələ qayıt Aaa gitmek
zamin




Erkek
İsmarıc sayı : 1
Age : 38
Şəhər/ölkə : mingecevir
Points : 0
Registration date : 21/09/07

Quran Möcüzələri Empty
Yeni mövzuMövzu: Geri: Quran Möcüzələri   Quran Möcüzələri Icon_minitime27.09.07 2:35

insanin ilk yarandigi orqan onun qulagidir.daha sonra ureyi.quran heqiqeten insanin yarada bilmediyi bir kitabdir,heqiqeten ALLAHU teala onu beser evladina nazil ertmisdir ki,yaradanin neye qadir oldugunu bilek
Əvvələ qayıt Aaa gitmek
Shahnaz
::::♥MiSS FORUM♥::::
::::♥MiSS FORUM♥::::
Shahnaz


Kadn
İsmarıc sayı : 137
Age : 36
Şəhər/ölkə : Azərbaycan
Points : 0
Registration date : 28/08/07

Quran Möcüzələri Empty
Yeni mövzuMövzu: Geri: Quran Möcüzələri   Quran Möcüzələri Icon_minitime27.09.07 16:12

Subhanallahhhh...
Əvvələ qayıt Aaa gitmek
•Teymur_Elmanoğlu•
Super Moderator
Super Moderator
•Teymur_Elmanoğlu•


Erkek
İsmarıc sayı : 60
Age : 39
Şəhər/ölkə : Mingəçevir/Azərbaycan
Points : 100
Registration date : 24/02/07

Quran Möcüzələri Empty
Yeni mövzuMövzu: Geri: Quran Möcüzələri   Quran Möcüzələri Icon_minitime27.09.07 19:02

SeeR çox sağ ol maraqlı məlumatlara görə. Quranın hələ bir çox möcüzələri var ki, hələdə İslam elminə aşkar olmayaraq sirli qalır. Allah sizlərə yar olsun. AMİN
Əvvələ qayıt Aaa gitmek
Sponsored content





Quran Möcüzələri Empty
Yeni mövzuMövzu: Geri: Quran Möcüzələri   Quran Möcüzələri Icon_minitime

Əvvələ qayıt Aaa gitmek
 
Quran Möcüzələri
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Quran.

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO :: İslam-
Keç: