GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO


 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş

 

 Azərbaycan Tarixi Haqqında ümumi məlumat.

Aaa gitmek 
MüəllifIsmarıc
Admin
Admin
Admin



Erkek
İsmarıc sayı : 16
Points : 0
Registration date : 22/02/07

Azərbaycan Tarixi Haqqında ümumi məlumat. Empty
Yeni mövzuMövzu: Azərbaycan Tarixi Haqqında ümumi məlumat.   Azərbaycan Tarixi Haqqında ümumi məlumat. Icon_minitime29.12.07 20:16

Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim məəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir. Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
DAHA ƏTRAFLI OXUMAQ ÜÇÜN LİNKƏ DAXİL OLUN
Əvvələ qayıt Aaa gitmek
https://mideo.azerbaijaniforum.com
 
Azərbaycan Tarixi Haqqında ümumi məlumat.
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Tarixi Unutmayaq.
» Azərbaycan və Təhsil
» Azərbaycan Kinosunun İnkişafı!
» Sevgi haqqında şerləriniz
» Forum haqqında fikirləriniz

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
GƏNCLƏRİN ƏN YAXIN DOSTU-FORUM MiDEO :: Vətənim Azərbaycan :: Dünənimiz, Bu günümüz, Sabahımız!!!-
Keç: